testimonial-az

Türkiye Cumhuriyeti Büyükelçiliği

Əgər gələcək müştərilərinizə müraciət etmə şansım olsaydı, onlara sadəcə bir cümlə deyərdim: “Geri çəkilin və dekorasiya işini bu komandaya buraxın.” Necə ki, İçərişəhərdə təşkil olunan tədbirdə biz çadırımızı bu komandaya əmanət etdik və görülən işdən olduqca məmnun qaldıq. Hər suala və zəngə operativ cavab verildi. Dekorasiya möhtəşəm idi və çadırımız çadırlar içində seçilirdi. Bütün komandaya […]

Daşkəsən Dəmir Filiz

Hörmətli Booo komandası, Sizə təşkil etdiyiniz bayram tədbiri üçün dərin təşəkkürümüzü bildirmək istəyirik. Tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi və hər bir detal diqqətlə düşünülmüşdü. Xüsusilə aktyorlar, əməkdaşlarınızın peşəkarlığı və təşkil etdiyiniz maraqlı oyunlar bizə çox xoş təsir bağışladı. Tədbir boyu hamı çox əyləndi və xoş anlar yaşadı. Sizin komandanın gördüyü iş həqiqətən yüksək qiymətə […]

Paşa Həyat

Salam, hər vaxtınız xeyir olsun, komandaya gördükləri keyfiyyətli iş üçün bir daha təşəkkür edirik proses zamanı tərəfimizdən heç bir şikayət olmamışdır və dekorasiyalar həm keyfiyyətli olmuş, həm də istəklərimizi tapmaqda bizə böyük dəstək göstərilmişdir, buna görə minnətdarıq.

Kristal Abşeron

Keçirdiyimiz “Game of Novruz” tədbiri ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. İlk növbədə, bu qədər fərqli və alışılmışın xaricində bir konsepti bizə təqdim etdiyiniz üçün sizə təşəkkür edirəm. Xüsusilə vurğulamaq istədiyim məqam sizin işinizə olan məsuliyyətli yanaşmanızdır. Tədbirin planlanmasından icrasına qədər hər bir xırda detalın üzərində həssaslıqla dayanmağınız bizi çox məmnun etdi. İşini sevərək və böyük […]

Azmade Group

13 mart tarixində Booo.az ilə birgə Zəyəm Texnologiyalar Parkı-na təşkil olunan ekskursiyanın yüksək səviyyədə həyata keçirilməsinə görə təşəkkürümüzü bildiririk. Yol boyu təşkil edilən maraqlı və interaktiv oyunlar əməkdaşların aktiv iştirakını təmin edərək səfəri daha əyləncəli və yaddaqalan etdi. Eyni zamanda, əməkdaşların keyfiyyətli qidalanmasının təmin olunması, komfortlu nəqliyyatın təşkili və ümumi proqramın səliqəli şəkildə planlanması iştirakçıların […]

Azmade Group

Əziz Booo komandası, 21 fevral tarixində Booo.az ilə birgə təşkil etdiyimiz teambuilding tədbirinin yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm. Proqramın maraqlı və interaktiv şəkildə qurulması əməkdaşlarımız arasında komanda ruhunun və motivasiyanın artmasına əhəmiyyətli töhfə verdi. Oyunların peşəkar idarə olunması və hər kəsin aktiv iştirakının təmin edilməsi tədbiri daha da yaddaqalan etdi. Uğurlu əməkdaşlığa görə minnətdarlığımı […]

Birmarket

Əziz Booo komandası, Sadəcə demək istəyirəm — çox sağ olun. Gördüyünüz işlərə görə, yanaşmanıza görə və hər şeyə ürəkdən münasibət göstərdiyiniz üçün. Mənim üçün çox önəmli idi ki, bu iş sadəcə “icra” yox, həqiqətən sevə-sevə edilsin. Siz də bunu tam olaraq elə etdiniz. Hər detalda, hər ünsiyyətdə bu hiss olunurdu və bunu çox dəyərləndirirəm.3 ofisin […]

Kristal Abşeron

Əziz Booo komandası, Tədbirlə bağlı geri dönüş etmək istədim. Tədbirimiz çox yüksək səviyyədə və möhtəşəm keçdi. Bütün əməkdaşlarımız böyük zövqlə iştirak etdi və çox əyləndi.Komandanıza səmimi təşəkkürümü bildirirəm. Təşkilatçılıq baxımından hər şey ən yüksək səviyyədə idi. İlk dəfə idi ki, bir tədbirdə bu qədər rahat oldum və heç nədən narahatlıq keçirmədim. Bir daha təşəkkür edirəm. […]

SOCAR

Salam Booo komandası, Dünən təşkil etdiyiniz tədbirdən segment olaraq çox razı qaldıq. Oyunların təşkili, aparıcılıq hə şey möhtəşəm idi, hər şey üçün təşəkkür edirik! Qeyd edim ki bizim keçən ilki teambuldingi də sizin komanda hazırlamışdı, eyni şəkildə razı qalmışdıq. Gələn il görüşərik, yenidən seçimimizin siz olacağı dəqiqdir

SOCAR “Azneft” İB

Salam Booo komandası, SOCAR “Azneft” İB adından Booo.az komandasına 28-29.11.2025-ci il tarixində keçirilən team building tədbirində göstərdiyiniz dəstəyə görə təşəkkürümüzü bildiririk. Sizin tərəfindən təşkil olunan komanda oyunu həm məzmun, həm də təşkilatçılıq baxımından yüksək səviyyədə idi. Oyunlar əməkdaşlarımız arasında əməkdaşlığı gücləndirməklə yanaşı, onların kreativliyini də kəşf etməyə imkan verdi və tədbirə xüsusi dinamika qatdı. Gələcəkdə […]