Kristal Abşeron

Keçirdiyimiz “Game of Novruz” tədbiri ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. İlk növbədə, bu qədər fərqli və alışılmışın xaricində bir konsepti bizə təqdim etdiyiniz üçün sizə təşəkkür edirəm. Xüsusilə vurğulamaq istədiyim məqam sizin işinizə olan məsuliyyətli yanaşmanızdır. Tədbirin planlanmasından icrasına qədər hər bir xırda detalın üzərində həssaslıqla dayanmağınız bizi çox məmnun etdi. İşini sevərək və böyük ciddiyyətlə görən bir komanda ilə çalışmaq bizim üçün çox xoş idi.Yaratdığınız bu fərqli aura və göstərdiyiniz peşəkar xidmət üçün bütün komandanıza təşəkkür edir, gələcək layihələrinizdə uğurlar arzulayıram. Növbəti tədbirlərdə görüşmək ümidi ilə