Əziz Booo komandası,
Tədbirlə bağlı geri dönüş etmək istədim. Tədbirimiz çox yüksək səviyyədə və möhtəşəm keçdi. Bütün əməkdaşlarımız böyük zövqlə iştirak etdi və çox əyləndi.Komandanıza səmimi təşəkkürümü bildirirəm. Təşkilatçılıq baxımından hər şey ən yüksək səviyyədə idi. İlk dəfə idi ki, bir tədbirdə bu qədər rahat oldum və heç nədən narahatlıq keçirmədim. Bir daha təşəkkür edirəm. Ümid edirəm və inanıram ki, bu, son tədbirimiz olmayacaq və gələcəkdə yenidən əməkdaşlıq edəcəyik.