Azmade Group

13 mart tarixində Booo.az ilə birgə Zəyəm Texnologiyalar Parkı-na təşkil olunan ekskursiyanın yüksək səviyyədə həyata keçirilməsinə görə təşəkkürümüzü bildiririk. Yol boyu təşkil edilən maraqlı və interaktiv oyunlar əməkdaşların aktiv iştirakını təmin edərək səfəri daha əyləncəli və yaddaqalan etdi. Eyni zamanda, əməkdaşların keyfiyyətli qidalanmasının təmin olunması, komfortlu nəqliyyatın təşkili və ümumi proqramın səliqəli şəkildə planlanması iştirakçıların məmnunluğuna mühüm töhfə verdi. Uğurlu təşkilatçılığa görə minnətdarlığımızı bildirir, gələcək layihələrdə yenidən əməkdaşlıq etməkdən məmnun olacağımızı qeyd edirik.