Salam Booo komandası,
SOCAR “Azneft” İB adından Booo.az komandasına 28-29.11.2025-ci il tarixində keçirilən team building tədbirində göstərdiyiniz dəstəyə görə təşəkkürümüzü bildiririk. Sizin tərəfindən təşkil olunan komanda oyunu həm məzmun, həm də təşkilatçılıq baxımından yüksək səviyyədə idi. Oyunlar əməkdaşlarımız arasında əməkdaşlığı gücləndirməklə yanaşı, onların kreativliyini də kəşf etməyə imkan verdi və tədbirə xüsusi dinamika qatdı. Gələcəkdə əməkdaşlıq üçün uyğun imkanlar yarandığı təqdirdə, yenidən birlikdə çalışmaqdan məmnun olarıq.