Novruz Tədbirləri

Novruz təbiətin və əməkdaşlıq ruhunun oyanışı deməkdir! BOOO.AZ Novruz tədbirləri ilə korporativ kollektivinizə yeni bir nəfəs və bahar təravəti gətirir. Biz Novruzun xoş ənənələrini müasir, əyləncəli korporativ oyunlarla birləşdiririk. Proqramımızda ənənəvi elementlər, tematik kvestlər və coşğulu interaktiv fəaliyyətlər yer alır.

Bu tədbirlər həm açıq havada, həm də rahat qapalı məkanda keçirilə bilər. Qrup daxilində səmimi əlaqəni gücləndirən “buzəridən” (Ice-Break) fəaliyyətlər və qeyri-rəsmi rəqabətə fokuslanan estafet oyunları sayəsində əməkdaşlarınız tam rahatlıq tapacaqlar. Novruz şənliyi daxili korporativ mədəniyyəti zənginləşdirən xoş təcrübədir.

Novruz Şənliyi gündəlik stressi atmaq və komanda yoldaşlarını qeyri-rəsmi şəraitdə tanımaq üçün əla fürsətdir. Biz bütün təşkilati detalları (dekorasiya, ssenari, loqistika) təmin edirik ki, siz və komandanız yalnız bahar sevincindən zövq alasınız.

Təfərrüatı