Novruz Dekoru

Novruz dekorasiyası ilə baharın təravətini və milli adətlərin istiliyini korporativ tədbirinizə gətiririk. Bizim dizaynlarımız Novruzun əsas simvollarına əsaslanır. Siz bizdən zövqlə bəzədilmiş, şirniyyatlarla dolu rəngli Novruz Xonçaları, canlı və ya süni səmənilərmilli naxışlı parçalar sifariş edə bilərsiniz. Məkanınızı yaşıl, sarı, firuzəyi rənglərin ahəngi ilə bəzəyirik.

Məkanın mərkəzində böyük və rəngli bir Xonça masası qururuq. Ən çox sevilən hissə isə tematik foto küncləridir. Buraya ənənəvi kəndir yelləncəkləri, naxışlı kilimlər və ya taxta materialdan hazırlanmış Novruz temalı arxalar qura bilərik. Açıq hava tədbirləri üçün tonqal yeri dekorasiyası (təhlükəsizlik qaydalarına uyğun olaraq) da hazırlaya bilərik.

Novruz dekoru ilə biz təkcə gözəl bir fon yaratmırıq, həm də komandanız üçün səmimi, doğma və yaddaqalan bir mühit təmin edirik. Milli adətlərin gözəlliyini korporativ tədbirinizə gətirərək, xoş və bayramsayağı bir atmosfer qururuq.

Təfərrüatı