Ənənəvi Bahar Şənliyi (Milli Elementlər)

Novruz təbiətin oyanışı ilə yanaşı, korporativ kollektivdə də yeni enerji və ruh canlandırmaq üçün ideal vaxtdır. Biz Novruzun xoş ənənələrini və milli dəyərlərini müasir, səmimi korporativ tədbir formatı ilə birləşdiririk. Proqramımızda Novruz personajları (Kosa və Keçəl), ənənəvi oyunlar və bahar ruhunu əks etdirən interaktiv fəaliyyətlər yer alır.

Bu tədbir həm açıq havada (həyətdə tonqal ətrafında), həm də qapalı məkanda keçirilə bilər. Qrup daxilində səmimi əlaqəni gücləndirən “buzəridən” (Ice-Break) oyunları və Novruz tematikasına uyğun yüngül estafetlər sayəsində əməkdaşlarınız xoş vaxt keçirəcəklər.

Novruz Şənliyi gündəlik stressi atmaq və kollektiv ruhu gücləndirmək üçün əla fürsətdir. Biz bütün təşkilati detalları təmin edirik ki, siz yalnız bahar sevincindən zövq alasınız.

Təfərrüatı