Strategiya. İdarəetmə. Real Ssenarilər.
Komandanızın real biznes ssenarilərinə necə reaksiya verdiyini görmək istəyirsiniz? BOOO.AZ sizi Simulyasiya yaşamağa dəvət edir – çünki ən yaxşı strategiyalar təhlükəsiz mühitdə sınaqdan keçirilir! Bu, sadəcə oyun deyil, sıfır risklə çevik qərarlar qəbul etməyi və layihəni böhrandan çıxarmağı öyrədən real həyat simulyasiyasıdır. Bizim proqramlar maliyyə idarəetməsini, krizis menecmentini və bazar rəqabətinə qarşı strategiya qurmağı praktik şəkildə inkişaf etdirir.
Bu teambuilding paketi komanda birliyi ruhunu gücləndirir, departamentlər arasındakı divarları yıxır və hər kəsin böyük mənzərəni görməsinə kömək edir. Simulyativ Oyunlar komandanızda aydın strategiya, proaktiv düşüncə və resurslardan effektiv istifadə bacarığını sürətlə inkişaf etdirir. Paketimizdə “Dəfinə Dənizi” (strateji macəra), “Master Chef” Simulyasiyası (təzyiq altında yaradıcılıq) və “Krizis İdarəetmə Oyunu” (gözlənilməz ssenarilərin həlli) kimi fəaliyyətlər yer alır. Bu korporativ tədbirlər qələbənin dadını və komanda işi zamanı birliyin gücünü hiss etməyə imkan verir.
Bütün ssenarilər qurumun əsas dəyərləri nəzərə alınaraq hazırlanır və oyunda verilən qərarlar daha sonra analiz edilir. Bu proqram fərdi qərarların kollektiv fəaliyyətin nəticələrini görmək və qurumun əsas dəyərlərini əyləncəli şəkildə öyrənmək üçün əvəzolunmazdır. Oynamağın öyrənməyin ən sürətli yolu olduğuna inanırıq.