Daşkəsən Dəmir Filiz

Hörmətli Booo komandası,
Sizə təşkil etdiyiniz bayram tədbiri üçün dərin təşəkkürümüzü bildirmək istəyirik. Tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi və hər bir detal diqqətlə düşünülmüşdü. Xüsusilə aktyorlar, əməkdaşlarınızın peşəkarlığı və təşkil etdiyiniz maraqlı oyunlar bizə çox xoş təsir bağışladı. Tədbir boyu hamı çox əyləndi və xoş anlar yaşadı.
Sizin komandanın gördüyü iş həqiqətən yüksək qiymətə layiqdir. Gələcək layihələrinizdə sizə uğurlar arzulayırıq və yenidən əməkdaşlıq etməkdən məmnun olarıq.