STEAM Azerbaijan

Hörmətli Booo Group,

Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) Təşkilat Komitəsi adından tədbirin uğurla həyata keçirilməsində göstərdiyiniz dəyərli dəstək və əməkdaşlığa görə Sizə səmimi təşəkkürümüzü bildiririk. Sizin töhfəniz festivalın yüksək keyfiyyətlə təşkil olunmasına, beynəlxalq iştirakçılıq üçün əlverişli şəraitin yaradılmasına və Azərbaycanda innovasiya ekosisteminin inkişafına mühüm şəkildə təsir göstərmişdir. Sizin tərəfdaşlığınız həmçinin festivalın beynəlxalq səviyyədə tanınmasına və nüfuzunun möhkəmlənməsinə böyük dəstək olmuşdur.  Bir daha göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edir, fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.