About

5 il +
Təcrübə
600+
Layihələrin sayı
10
komanda
150 +
Partnyorlar

Booo Haqqında

Salam! Biz booo.az – enerjiliyik, yaradıcıyıq və komanda ruhuna inanırıq!

Artıq 5 ildən çoxdur ki, fərqli sahələrdə fəaliyyət göstərən şirkətlərlə birlikdə çalışır, onların komanda ruhunu canlandırmağa kömək edirik.

Bu illər ərzində 100-dən çox yerli və beynəlxalq şirkətlə əməkdaşlıq qurmuş, 500-dən çox tədbir təşkil etmişik. Hədəfimiz isə dəyişmir: çevik, yaradıcı və effektiv həllərlə hər bir komandanı bir addım da irəli aparmaq.

Bizim Missiyamız

Hər bir müştərimizə səmimi yanaşmaq, ehtiyaclarını düzgün anlamaq və uzunmüddətli əməkdaşlıq qurmaq. İşimizi sevərək görürük və bunu siz də hiss edirsiniz!

Gələcəyə Baxışımız

Biz daim yenilik axtarır, göstərdiyimiz xidmətlərdə keyfiyyəti və fərqliliyi ön planda tuturuq. İnanırıq ki, hər bir tədbir və layihə – yeni fürsətdir!

Dəyərlərimiz

Məsuliyyət – Söz verdiyimizi yerinə yetiririk.
Müştəriyönümlülük – Sizi dinləyir, sizə uyğun həllər təklif edirik.
Komanda işi və əməkdaşlıq – Biz birlikdə güclüyük.
Həll yönümlülük – Problemlərə yox, həllərə fokuslanırıq.
Keyfiyyət – Hər detal bizim üçün önəmlidir.

Əgər siz də komandanız üçün fərqli və unudulmaz təcrübələr yaratmaq istəyirsinizsə – biz burdayıq. Gəlin tanış olaq!

Tez-tez verilən suallar

Booo.az-la necə əməkdaşlıq edə bilərəm?

Əgər sizdə tədbir məkanı, xidmət və ya dekorasiya şirkəti varsa, “Partnyor ol” bölməsinə daxil olaraq müraciət formasını doldura bilərsiniz. Komandamız sizinlə əlaqə saxlayaraq əməkdaşlıq şərtlərini müzakirə edəcək.

Event sifarişini necə edə bilərəm?

Saytımızda uyğun kateqoriyanı seçərək (məsələn: Teambuilding, Dekorasiya, Korporativ tədbir) istədiyiniz tədbir haqqında formu doldurun. Komandamız sifarişinizi təsdiqləmək və təklif hazırlamaq üçün sizinlə əlaqə saxlayacaq.

Tədbirlər hansı növ məkanlarda keçirilir?

Tədbirlər həm açıq hava, həm də qapalı məkanlarda təşkil oluna bilər. Seçim, tədbirin konseptindən, mövsümdən və iştirakçı sayından asılıdır. Booo.az komandası sizin üçün ən uyğun məkanı təklif edir.

Qiymətlər necə müəyyən olunur?

Qiymət tədbirin növü, iştirakçı sayı, məkan seçimi, dekorasiya və əlavə xidmətlərdən asılı olaraq fərqlənir. “Qiymət öyrən” bölməsindən müraciət etdikdə sizə fərdi təklif təqdim olunur.

Dekorasiya xidmətinə nələr daxildir?

Dekorasiya xidməti konseptin hazırlanması, məkanın bəzədilməsi, işıqlandırma və xüsusi tematik aksesuarların quraşdırılmasını əhatə edir.
Məsələn: Novruz, Yeni ilKorporativ dekor variantları mövcuddur.

Tədbirin idarə olunmasını kim həyata keçirir?

Bütün proses — planlaşdırmadan icraya qədər — Booo.az-ın təcrübəli event menecerləri tərəfindən idarə olunur. Siz yalnız iştirak edib tədbirdən zövq alırsınız.

Tədbiri öz məkanımızda keçirmək mümkündürmü?

Bəli. Əgər sizdə tədbir üçün uyğun məkan varsa, bizim komanda dekorasiya, texniki avadanlıq və təşkilati hissəni tam şəkildə təmin edə bilər.

Tədbirlər yalnız şirkətlər üçün nəzərdə tutulub?

Əsasən korporativ tədbirlər təşkil edirik, amma istəyə görə fərdi, ailəvi və ya xüsusi günlər üçün tədbirlər də mümkündür.