Korporativ tədbirinizin dekorasiyası şirkətinizin peşəkarlığını və dəyərlərini qonaqlara çatdırmalıdır. Biz, sizə konfranslar, ad günləri və ya təqdimat üçün zərif, tematik və brendinizə tam uyğun dekorasiyalar təklif edirik. Bizim üçün əsas hədəf sizin korporativ rəngləriniz və loqotipinizdir.
Biz tədbirin əsas görünən yerlərinə xüsusi diqqət yetiririk. Xidmətlərimizə korporativ rənglərdə işıqlandırma, loqotipinizə və ya tədbir mövzusuna uyğun dizayn edilmiş səhnə arxası (Backdrop) və ya LED ekranlarda loqotipin proyeksiyası daxildir. Həmçinin, istənilən rəsmi və qeyri-rəsmi tədbir üçün xüsusi dizaynlı giriş (Welcome Area) və qeydiyyat masaları hazırlayırıq.
Əgər tədbirinizin xüsusi bir mövzusu varsa (məsələn: Gələcək Texnologiyalar, Retro və ya Qala Gecəsi), biz bütün məkanı bu temaya uyğun olaraq detallı şəkildə bəzəyirik. Korporativ dekorasiya ilə biz tədbirinizin peşəkar və xoş bir ab-havada keçməsini təmin edirik. Qonaqlarınız dərhal tədbirin keyfiyyətini və şirkətinizin dəyərini hiss edəcəklər.