Əgər gələcək müştərilərinizə müraciət etmə şansım olsaydı, onlara sadəcə bir cümlə deyərdim: "Geri çəkilin və dekorasiya işini bu komandaya buraxın." Necə ki, İçərişəhərdə təşkil olunan tədbirdə biz çadırımızı bu komandaya əmanət etdik və görülən işdən olduqca məmnun qaldıq. Hər suala və zəngə operativ cavab verildi. Dekorasiya möhtəşəm idi və çadırımız çadırlar içində seçilirdi. Bütün komandaya dərin təşəkkürümü bildirirəm və növbəti işlərdə görüşməyi diləyirəm
Nərmin Abdullayeva
Daşkəsən Dəmir Filiz
Hörmətli Booo komandası,
Sizə təşkil etdiyiniz bayram tədbiri üçün dərin təşəkkürümüzü bildirmək istəyirik. Tədbirin təşkilatçılığı ən yüksək səviyyədə idi və hər bir detal diqqətlə düşünülmüşdü. Xüsusilə aktyorlar, əməkdaşlarınızın peşəkarlığı və təşkil etdiyiniz maraqlı oyunlar bizə çox xoş təsir bağışladı. Tədbir boyu hamı çox əyləndi və xoş anlar yaşadı.
Sizin komandanın gördüyü iş həqiqətən yüksək qiymətə layiqdir. Gələcək layihələrinizdə sizə uğurlar arzulayırıq və yenidən əməkdaşlıq etməkdən məmnun olarıq.
Salam, hər vaxtınız xeyir olsun, komandaya gördükləri keyfiyyətli iş üçün bir daha təşəkkür edirik proses zamanı tərəfimizdən heç bir şikayət olmamışdır və dekorasiyalar həm keyfiyyətli olmuş, həm də istəklərimizi tapmaqda bizə böyük dəstək göstərilmişdir, buna görə minnətdarıq.
Keçirdiyimiz "Game of Novruz" tədbiri ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. İlk növbədə, bu qədər fərqli və alışılmışın xaricində bir konsepti bizə təqdim etdiyiniz üçün sizə təşəkkür edirəm. Xüsusilə vurğulamaq istədiyim məqam sizin işinizə olan məsuliyyətli yanaşmanızdır. Tədbirin planlanmasından icrasına qədər hər bir xırda detalın üzərində həssaslıqla dayanmağınız bizi çox məmnun etdi. İşini sevərək və böyük ciddiyyətlə görən bir komanda ilə çalışmaq bizim üçün çox xoş idi.Yaratdığınız bu fərqli aura və göstərdiyiniz peşəkar xidmət üçün bütün komandanıza təşəkkür edir, gələcək layihələrinizdə uğurlar arzulayıram. Növbəti tədbirlərdə görüşmək ümidi ilə
13 mart tarixində Booo.az ilə birgə Zəyəm Texnologiyalar Parkı-na təşkil olunan ekskursiyanın yüksək səviyyədə həyata keçirilməsinə görə təşəkkürümüzü bildiririk. Yol boyu təşkil edilən maraqlı və interaktiv oyunlar əməkdaşların aktiv iştirakını təmin edərək səfəri daha əyləncəli və yaddaqalan etdi. Eyni zamanda, əməkdaşların keyfiyyətli qidalanmasının təmin olunması, komfortlu nəqliyyatın təşkili və ümumi proqramın səliqəli şəkildə planlanması iştirakçıların məmnunluğuna mühüm töhfə verdi. Uğurlu təşkilatçılığa görə minnətdarlığımızı bildirir, gələcək layihələrdə yenidən əməkdaşlıq etməkdən məmnun olacağımızı qeyd edirik.
Əziz Booo komandası,
21 fevral tarixində Booo.az ilə birgə təşkil etdiyimiz teambuilding tədbirinin yüksək səviyyədə təşkilinə görə təşəkkürümü bildirirəm. Proqramın maraqlı və interaktiv şəkildə qurulması əməkdaşlarımız arasında komanda ruhunun və motivasiyanın artmasına əhəmiyyətli töhfə verdi. Oyunların peşəkar idarə olunması və hər kəsin aktiv iştirakının təmin edilməsi tədbiri daha da yaddaqalan etdi. Uğurlu əməkdaşlığa görə minnətdarlığımı bildirir, gələcək layihələrdə yenidən birgə çalışmağı arzulayıram.
Əziz Booo komandası,
Sadəcə demək istəyirəm — çox sağ olun. Gördüyünüz işlərə görə, yanaşmanıza görə və hər şeyə ürəkdən münasibət göstərdiyiniz üçün. Mənim üçün çox önəmli idi ki, bu iş sadəcə “icra” yox, həqiqətən sevə-sevə edilsin. Siz də bunu tam olaraq elə etdiniz. Hər detalda, hər ünsiyyətdə bu hiss olunurdu və bunu çox dəyərləndirirəm.3 ofisin bəzədilməsi, yaradılan Yeni il ab-havası, komandanın əhval-ruhiyyəsi — hər şey yerində idi. Jolly Joker-də keçirilən Yeni il isə ümumiyyətlə ayrı bir səviyyə oldu. Gözəl, zövqlü və yadda qalan bir gecə alındı. Birmarket komandası çox razı qaldı, mən isə nəticədən həqiqətən məmnun oldum.Belə yanaşma və enerji ilə işləmək böyük zövqdür.
Bir daha təşəkkür edirəm
Əziz Booo komandası,
Tədbirlə bağlı geri dönüş etmək istədim. Tədbirimiz çox yüksək səviyyədə və möhtəşəm keçdi. Bütün əməkdaşlarımız böyük zövqlə iştirak etdi və çox əyləndi.Komandanıza səmimi təşəkkürümü bildirirəm. Təşkilatçılıq baxımından hər şey ən yüksək səviyyədə idi. İlk dəfə idi ki, bir tədbirdə bu qədər rahat oldum və heç nədən narahatlıq keçirmədim. Bir daha təşəkkür edirəm. Ümid edirəm və inanıram ki, bu, son tədbirimiz olmayacaq və gələcəkdə yenidən əməkdaşlıq edəcəyik.
Lamiyə Tağıyeva
SOCAR
Salam Booo komandası,
Dünən təşkil etdiyiniz tədbirdən segment olaraq çox razı qaldıq. Oyunların təşkili, aparıcılıq hə şey möhtəşəm idi, hər şey üçün təşəkkür edirik!
Qeyd edim ki bizim keçən ilki teambuldingi də sizin komanda hazırlamışdı, eyni şəkildə razı qalmışdıq.
Gələn il görüşərik, yenidən seçimimizin siz olacağı dəqiqdir
Sevinc Əlverdiyeva
SOCAR “Azneft” İB
Salam Booo komandası,
SOCAR “Azneft” İB adından Booo.az komandasına 28-29.11.2025-ci il tarixində keçirilən team building tədbirində göstərdiyiniz dəstəyə görə təşəkkürümüzü bildiririk. Sizin tərəfindən təşkil olunan komanda oyunu həm məzmun, həm də təşkilatçılıq baxımından yüksək səviyyədə idi. Oyunlar əməkdaşlarımız arasında əməkdaşlığı gücləndirməklə yanaşı, onların kreativliyini də kəşf etməyə imkan verdi və tədbirə xüsusi dinamika qatdı. Gələcəkdə əməkdaşlıq üçün uyğun imkanlar yarandığı təqdirdə, yenidən birlikdə çalışmaqdan məmnun olarıq.
STEAM Azerbaijan
STEAM Azerbaijan
Hörmətli Booo Group,
Beynəlxalq STEAM Azərbaycan Festivalının (SAF 2025) Təşkilat Komitəsi adından tədbirin uğurla həyata keçirilməsində göstərdiyiniz dəyərli dəstək və əməkdaşlığa görə Sizə səmimi təşəkkürümüzü bildiririk. Sizin töhfəniz festivalın yüksək keyfiyyətlə təşkil olunmasına, beynəlxalq iştirakçılıq üçün əlverişli şəraitin yaradılmasına və Azərbaycanda innovasiya ekosisteminin inkişafına mühüm şəkildə təsir göstərmişdir. Sizin tərəfdaşlığınız həmçinin festivalın beynəlxalq səviyyədə tanınmasına və nüfuzunun möhkəmlənməsinə böyük dəstək olmuşdur. Bir daha göstərdiyiniz dəstəyə görə Sizə təşəkkür edir, fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.
Əziz Booo komandası,
Sizin bizim üçün təşkil etdiyiniz möhtəşəm teambuilding təcrübəsinə görə səmimi təşəkkürümü bildirmək istəyirəm. Hər bir aktivlikdə nümayiş olunan kreativlik, planlaşdırma və peşəkar koordinasiya çox aydın hiss olunurdu və bu, komandamızı həqiqətən də mənalı və yadda qalan şəkildə bir araya gətirdi. Zəhmətinizə, fədakarlığınıza və peşəkarlığınıza görə təşəkkür edirik. Sizinlə əməkdaşlıq etmək xoş idi və gələcək tədbirlərdə yenidən birlikdə çalışmağı səbirsizliklə gözləyirik.
Həyat Əhmadova
STP Şirkətlər Qrupu
Hörmətli Booo komandası,
Keçirdiyimiz team building tədbiri ilə bağlı fikirlərimizi sizinlə paylaşmaqdan məmnunuq. Günü və həmçinin hazırlıq prosesini qiymətləndirərkən qeyd etmək istərdik ki, bütün istəklərimizi səbr və səmimiyyətlə, yüksək peşəkarlıqla qarşılamağınız tədbirin xoş və uğurlu keçməsinə səbəb oldu.Bu gözəl təşəbbüs və təşkilatçılığa görə hər birinizə — BOOO komandasına dərin təşəkkürümüzü bildiririk.
Günel Mahmudova
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
Hörmətli Booo komandası,
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində ilk dəfə olaraq təşkil olunan “IDDAFest” tədbirinin möhtəşəm və yadda qalan keçməsi ilə bağlı sizə dərin minnətdarlığımızı bildiririk.Agentliyimizin kollektivi adından sizə uğurlar və silsilə nailiyyətlər arzu edirik.
Məsumə Hüseynova
Design Bureau
Hörmətli Booo komandası,
Şirkətimizin ilk komanda quruculuq tədbirimizi Booo.az ilə keçirdik və olduqca məmnun qaldıq.Keçirilmiş oyunlar komandamız arasında əməkdaşlığı və dostluğu gücləndirdi.Aparıcıların maraqlı və enerjili olması, oyunların komandamıza uyğun seçilməsi tədbirdən xoş təəssüratlarla ayrılmağımızla nəticələndi.
Sizə uğurlar arzu edirəm!
Rizvan Əliyev
PMD Projects
Hörmətli Booo komandası,
Şirkətimizin komanda quruculuğu oyunlarının və 5 illiklə bağlı tədbirimizin yüksək səviyyədə təşkilinə dəstəyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm.Booo.az deyincə ilk ağlıma gələn məsuliyyət, səmimiyyət və dürüstlük olur.
İşlərinizdə bol-bol uğurlar arzu edirəm!
Ramidə Tahirova
AzərTürkBank ASC
Hörmətli Booo komandası,
Salam, sizə dərin minnətdarlığımızı bildiririk.Sizinlə ilk dəfə əməkdaşlıq etdiyimiz üçün bir qədər tərəddüd edirdik, lakin hər şey kifayət qədər yaxşı təşkil edilmişdi, əməkdaşlarımız üçün həm əyləncəli, həm də yadda qalan oldu.Ümid edirik ki, növbəti həftə keçiriləcək tədbirimizdən də eyni təəssüratlarla ayrılacağıq.
Uğurlar arzu edirəm!
Cəmilə Dadaşova
Expressbank ASC
Hörmətli Booo komandası,
Expressbank ASC-nin HR komandası olaraq əməkdaşlarımız üçün motivasiya məqsədli komanda quruculuğu – teambuilding oyunlarının təşkilində əməyi keçən hər bir Booo.az əməkdaşlarına, başlıca olaraq göstərdiyiniz diqqətə və dəstəyinizə görə Booo.az rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Bu kimi komanda ruhunun, səmimiyyətin, güvən və etibarlılığın bir arada olduğu, birgə keçirilən unudulmaz tədbir və layihələrin davamlı olmasını diləyirik. İşlərinizdə uğurlar arzulayırıq. Davamlı əməkdaşlıq diləyi ilə...
Zərri Allahverdiyeva
Veysəloğlu Group
Hörmətli Booo komandası,
8 Mart tədbirimizin hər detalına xüsusi diqqət göstərdiyiniz, istəklərimizi operativ şəkildə dəyərləndirib həyata keçirdiyiniz üçün komandamıza dərin təşəkkürümüzü bildiririk.Sizin peşəkar yanaşmanız və operativ həlləriniz tədbirin uğurla baş tutmasına böyük töhfə verdi. Əməkdaşlığınız üçün minnətdarıq və gələcək layihələrdə də birgə uğurlara ümid edirik!